Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Çempion komandamızla görüş keçirilib

Bu gün ASAPES-in rektoru Fuad Hacıyev Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan və ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında keçirilən futzal turnirinin qalibi olmuş komanda üzvləri ilə görüşüb.

Uğurlu çıxış münasibətilə futzalçıları təbrik edən rektor bu ilin iyulunda Xorvatiyada keçiriləcək Avropa çempionatında iştirak edəcək komandamıza uğurlar arzulayıb.

Komandamızın bu çempionluğu bu turnirin son qalibi olan heyətin sabiq üzvü, şəhid Nəriman Əlizadəyə həsr olunub və onun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

#ASAPES #İdmanAkademiyası #Futzal

Xəbərlər