Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES Elmi-tədris laboratoriyasında milli yığmalar üçün növbəti funksional testlər keçirilib

Mayın 1-3-də Avstriyanın “ComplexCore” təşkilatının eksperti Tomas Taro Netzer Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi-tədris laboratoriyasında elmi-tədqiqat işlərinin aparılması və nəticələrin təhlil olunması məqsədilə voleybol üzrə Azərbaycan yığma komandasının üzvləri üçün funksional testlər icra edib.

Yoxlama prosesinə ilkin tibbi baxış, əzələ fəaliyyətinin qiymətləndirilməsi (muscle function screening incl. core stability), bədənin xüsusi tərkibinin ölçülməsi (body composition measurement), stabilometriya (Stabilometry test), 3D antropometriya (3-D anthropometry), ürəyin ultrasəs müayinəsi (EchoCG), elektrokardioqramma (ECG), CPET (Cardiopulmonary Exercise Testing), laktat və psixoloji testlər daxil edilib.

Testlər hər bir idmançı üçün fərdi şəkildə yüksək ixtisaslı həkimlər və peşəkar instruktorlar tərəfindən Böyük Britaniyanın UCL Universitetinin klinik protokollarından (Institute of Sport and Exercise Health, University College London) və “ComplexCore” bərpaedici fiziki hərəkətlər kompleksindən istifadə edilməklə icra olunub.

#ASAPES #İdmanAkademiyası #ComplexCore #Voleybol

Xəbərlər