Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Əcnəbi mütəxəssislər “Bədən Tərbiyəsi və idmanda reabilitasiya” ixtisası tələbələri üçün seminarlar keçib

Mayın 2-4-də Şərqi Aralıq Dənizi Universiteti professorlarının iştirakı ilə ASAPES tələbələri üçün müxtəlif mövzulara həsr edilmiş seminarlar təşkil olunub.

“Səhiyyə elmləri” fakültəsinin professoru Berkiye Kırmızıgil tərəfindən Akademiyanın bakalavriat səviyyəsinin “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası üzrə təhsil alan 2-ci tədris ilinin tələbələri üçün təhsil proqramına uyğun seçilmiş seminar “Fraksiya masajı” və “Trigger nöqtələr” mövzusuna həsr edilib.

1-ci tədris ilinin tələbələri üçün “Ümumi təlim nəzəriyyəsi”, 2-ci tədris ili tələbələri üçün “Biomexanika” mövzusunda seminarlara Şərqi Aralıq Dənizi Universitetinin “Səhiyyə elmləri” fakültəsinin professoru Can Cefri Roy Şoşa (Can Jeffry Roy Chauchat) rəhbərlik edib.

Berkiye Kırmızıgilin növbəti seminarı isə “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası üzrə təhsil alan 4-cü tədris ilinin tələbələri üçün “Kineziobantlama” mövzusunda olub.

#ASAPES #İdmanAkademiyası

Xəbərlər