Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-də Heydər Əliyevə həsr edilmiş tədbir keçirilib

Elmi İnnovasiyalar Mərkəzinin təşəbbüsü, İdman işləri üzrə prorektor, Olimpiya çempionu Fərid Mansurovun dəstəyi ilə Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ulu Öndər idmançıların xatirəsində” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tələbə-gənclərlə iş, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Almaz Ələkbərova, Tədris işləri üzrə prorektor Rafail Novruzov, Elmi katib, Elmi İnnovasiyalar Mərkəzinin direktoru Bəxtiyar Rüstəmov, professor-müəllim heyəti və Heydər Əliyev irsini araşdıran tələbələrin iştirak etdiyi tədbirdə İdman işləri üzrə prorektor Fərid Mansurov, tədbirin fəxri qonaqları Olimpiya çempionları Namiq Abdullayev, Lyudmila Şubina, Zemfira Meftahəddinova, Əməkdar məşqçi Yaqub Məmmədov, dünya və Avropa çempionu Xəzər İsayev Ulu Öndərlə bağlı xatirələrini bölüşərək Heydər Əliyevin Azərbaycan idmanına və idmançılara olan qayğısından söz açıblar.

#ASAPES #İdmanAkademiyası #Library #HaydarAliyev

Xəbərlər