Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Professor Maykl Pol Luzmor tərəfindən növbəti seminar keçirilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) tədrisi ingilis dilində aparılan “İdman tibbi və reabilitasiya” magistr proqramının rəhbəri, Böyük Britaniyanın UCL Universitetinin professoru, UCL-in İdman Fiziki Fəaliyyət və Sağlamlıq İnstitutunun (Institute of Sports, Exercise and Health) aparıcı eksperti, Böyük Britaniyanın Kral Tibb Cəmiyyətinin İdman Tibbi Bölməsinin vitse-prezidenti, İdman Tibbi üzrə Avropa Standartının müəllifi, Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti Maykl Pol Luzmorun (Michael Paul Loosemore) Akademiyada tədris prosesi davam edir.

Təcrübəli mütəxəssisin rəhbərliyi ilə mayın 2-də Akademiyada həkimlər üçün “Baş beyin travmaları zamanı aparılan qiymətləndirilmə” mövzusunda seminar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

#ASAPES #İdmanAkademiyası #Lab #SportRehabilitation

Xəbərlər