Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası

2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası 03.01.2022 - 04.02.2022-ci il tarixlərində keçiriləcək.

İmtahan cədvəli sizinlə paylaşılıb.

Nəzərinizə çatdırırıq ki, gecikən tələbə həmin fəndən imtahana növbəti saatlarda daxil ola bilməyəcək.

Cədvələ ciddi əməl olunması, hər bir qrup və tələbənin ona aid olan saatda imtahanda iştirak etməsi tələb olunur.

Əks halda tələbənin həmin fənn üzrə akademik borcu (kəsiri) yaranacaq.

Üzrlü səbəbdən imtahana gecikən və ya imtahana gəlməyən tələbələr, ərizə ilə müvafiq rəsmi sənədi Apellyasiya Komissiyasına təqdim etməlidirlər. Yalnız ərizə ilə sənədlər araşdırıldıqdan sonra həmin tələbələr üçün imtahan günü və saatı təyin olunacaq.

Xəbərlər