Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Tələbə təşkilatları (old version)

Tələbələrin fərdi inkişafını təmin etmək, onların vətəndaş mövqeyini gücləndirmək, asudə vaxtını səmərəli təşkil etmək və Akademiya ilə sıx əlaqələrini formalaşdırmaq məqsədi ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Elmi Cəmiyyəti (TEC)Yaradıcılıq Birliyi fəaliyyət göstərirlər. Bütün tələbə təşkilatlarının sosial mediada, o cümlədən Facebook, Instagram və YouTube-da müvafiq səhifələri mövcuddur.

2017-ci ildə tələbə gənclərlə aparılan uğurlu işə görə, tələbələrin ictimai layihə və tədbirlərdə fəallığına görə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası AzərbaycanTələbə Gənclər Təşkilatlarının İttifaqı tərəfindən təşəkkür məktubu almış, 2019-cu ildə Akademiyanın Tələbə Gənclər Təşkilatı “İlin ən yaxşı TGT”si seçilmişdir.

İdman Akademiyasının Tələbə Elmi Cəmiyyəti tələbələr arasında böyük hörməti olan bir təşkilatdır. Ənənəvi olaraq hər il TEC bədən tərbiyəsi və idman sahələrini əhatə ədən tələbə elmi konfranslarını təşkil edir, tələbələrdə elmi tədqiqata maraq və gələcək peşələrinə sevgi formalaşdırmağa kömək edir. Eyni zamanda, topladıqları təcrübəyə görə Tələbə Elmi Konfranslarda çıxış edən tələbələr Akademiyanın gələcək kadr ehtiyatının bazasını təşkil edirlər.

Yaradıcılıq Birliyi müxtəlif istedada malik olan tələbələri özündə birləşdirərək onların potensialının inkişafı üçün məşq və təlimlər keçirir, bayram şənlikləri və tamaşalar hazırlayır, poeziya gecələri və rəqs müsabiqələri, tələbələrin ölkədə keçirilən müxtəlif yaradıcılıq müsabiqələrində iştirakını təmin edir.