Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA və İsveçrə səfirliyinin təşkilatçılğı ilə Bakıda idman tədbirləri keçiriləcək

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasın təşkilati dəstəyi ilə aprel ayının 7-si və 8-də Bakıda Beynəlxalq Fransız dili və Francophonie Həftəsi münasibəti ilə İsveçrə Səfirliyi tərəfindən idman tədbirləri keçiriləcək.

Lozannada yerləşən «X-Trem Move» İsveçrə idman assosiasiyasının iki idmançısı cənab Kevin Krupi və cənab Yoann Roiq parkur adlanan idman növünün nümayişi üçün Bakıya dəvət olunublar. Bu idman növündə divar, baryerlər, ağaclar və ya pilləkanlar kimi şəhər elementlərindən maneə kimi istifadə olunur. Bu maneələrdən idmançılar hərəkətin müxtəlif növləri – qaçış, dırmanma, yellənmə, tullanma, təkanvermə və sairdən istifadə edərək mümkün qədər effektli və sürətlə keçməlidirlər. Bu idman növü 1980-ci illərdə hərbi maneə təlimlərinin verdiyi ilham nəticəsində yaranıb və bu gün artıq akrobatik ekstremal idman növüdür.

Aprelin 7-də, saat 14:00-da keçiriləcək tədbir yalnız tələbələr üçün nəzərdə tutulub.

Belə ki, mütəxəssislər Kevin Krupi və Yoann Roiq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında İsveçrə master klass və sərbəst qaçışı təqdim edəcəklər. Tələbələr maneələrdən atletik və eleqant yollarla tullanaraq və akrobatika ilə keçməyin texnikasını öyrənəcək.

Şənbə, Aprelin 8-də, saat 15.00-da Qız Qalasının düz qarşısında keçiriləcək tədbir isə tamamilə ödənişsiz və hər kəsin üzünə açıqdır.

Qeyd edək ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbələrin keyfiyyətli təhsil ilə təmin edilməsi ilə yanaşı, onların ictimai həyatda fəal iştirakına böyük önəm verilir. Bunun nəticəsində Akademiyada mütəmadi olaraq müxtəlif idman, əyləncə, motivasiya və s. xarakterli  tədbirlər təşkil  olunur.

Ətraflı məlumatı keçiddən əldə edə bilərsiniz:

Xəbərlər