Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA-da kino gecəsi

Tələbələrin boş vaxtlarını öz doğma akademiyalarında, yoldaşları ilə popkorn yeyərək, kinomotoqrafiyanın tarixində adını böyük hərflərlə yazdırmış kinoları izləyərək keçirməsindən maraqlı nə ola bilər?

Bunu nəzərə alan ADBTİA Tələbə Gənclər Təşkilatı 28 aprel 2017-ci ildə Akademiyada “Kino gecəsi” keçirdi. Həmin gün tələbələr böyük maraqla ikinci dünya müharibəsinə həsr olunmuş “Pionist” filmini izlədilər. Filmin kədərli və ağır səhnələri tələbələr tərəfindən maraq və anlayışla qarşılandı.

Belə kino gecələri tələbələr arasındakı dostluq münasibətlərini sıxlaşdırmaqla yanaşı onlarda kino və incəsənət zövqünü inkişaf etdirir, təhlil bacarıqlarını təkmilləşdirir. Biz ümid edirik ki, belə gecələr Akademiyanın cədvəlində daha çox olacaqdır.

Xəbərlər