Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA beynəlxalq əməkdaşlıqlarını davam etdirir

Akademiyanın bir qrup pedaqoqu Türkiyənin Hacettepe Universitetində təlim proqramında iştirak edir

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yenidənqurma işləri davam etməkdədir. Elmin inkişafı və yüksək ixtisaslı tədqiqatçıların hazırlanması bu inkişaf prosesinin çox önəmli bir qoludur. Bunun üçün beynəlxalq təcrübə mübadiləsinin aparılması böyük əhəmiyyət kəsb edir.

Bu məqsədlə ADBTİA-nın bir qrup pedaqoqu Türkiyənin Ankara şəhərinə ezam olunub. Səfərin məqsədi Akademiyanın beynəlxalq tərəfdaşı olan, Türkiyənin məhşur Hacettepe Universitetində İdman Elmləri Fakultəsinin mütəxəsisləriylə birgə beş günlük təlim proqramının reallaşdırılmasıdır. Təlim proqramı 30 yanvar-3 fevral tarixlərində Ankarada, Hacettepe Universitetinin İdman Elmləri Fakultəsinin binasında təşkil olunacaq.

Təlim müddəində iştirakçılar metodoloji tədqiqatların aparılması, fiziki aktivlik, fiziki akivliyin qiymətləndirilməsi, epidemiologiya, fiziki fəaliyyət zamanı normativlər, idman psixologiyası, idman sahəsində cari məsələlər və qlobal problemlər kimi mövzularda keçilən təqdimatlarla tanış olacaq, təcrübə mübadiləsini həyata keçirəcəklər.

Qeyd edək ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası bundan sonra da təhsil islahatlarının dünya standartlarına uyğunlaşdırılması zərurətindən irəli gələn yenidənqurma və təhsilin keyfiyyətinin artırılması istiqamətində müvafiq işləri davam etdirmək əzmindədir.

Xəbərlər