Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES müəllimləri üçün “Təhsildə psixoloji metodlar” mövzusunda növbəti təlimlər keçirilib

15 fevral 2024-cü il tarixində ASAPES-in Sosial elmlər kafedrasında professor-müəllim heyəti üçün silsilə seminarlar çərçivəsində “Təhsildə psixoloji metodlar” mövzusunda növbəti təlimlər keçirilib.
Kafedranın baş müəllimi Aytən Əliyeva tərəfindən “Təhsildə şəxsiyyət pozuntuları və psixoloji metodlar” mövzusunda çıxış baş tutub. Tələbələrin dərsə motiv və maraqlarını genişləndirərək formalaşdırmaq və yeni metodlardan istifadə etmək barədə məlumat verilib.
Kafedranın baş müəllimi Nailə Qasımova “Yeniyetməlik və İlk gənclik yaşı dövründə yaranan psixoloji problemlər və onun təlim prosesinə təsiri” mövzusunda danışıb. Təlim tərbiyə prosesində müəllim və tələbələrlə qarşılıqlı münasibət zamanı yaşanan problemlərin aradan qaldırılması yolları barədə iştirakçılara məlumatlar verib.
Kafedranın müdiri filoligiya üzrə fəlsəfə doktoru, dosent Lalə Əhmədova qeyd edib ki, bu cür tələbəyönümlü və kompetensiya əsaslı tədrisin təşkilinə dair təlimlər kafedra əməkdaşları üçün çox informativ və faydalıdır.
Seminar professor-müəllim heyyəti tərəfindən çox bəyənilib və belə seminarların davamlı olması təklif olunub.
 

Xəbərlər