Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-in Sosial elmlər kafedrasında “İnnovativ tədris metodları” mövzusunda növbəti silsilə təlimlər keçirilib

5-6 fevral tarixlərində ASAPES-in Sosial elmlər kafedrasında “İnnovativ tədris metodları” mövzusunda növbəti silsilə təlimlər keçirilib. 
Təlimdə Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin dekanı, professor Qəmbər Cəfərov, Keyfiyyət təminatı şöbəsinin müdiri Fikriyyə Məmmədova və Azərbaycan Turizm və Menecment Universitetinin Tədris-metodiki şöbəsinin müdiri Həcər Eldarova iştirak edib.
Kafedra müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Əhmədova öz çıxışında qeyd edib ki, tədris strategiyalarının məqsədi tədris prosesini daha səmərəli etmək, dərsin, mövzunun tədrisində istifadə ediləcək texnika, resursları strategiyaya görə müəyyənləşdirməkdir. 
İlk təlim “İnnovativ təlim və qiymətləndirmə metodları” mövzusunda kafedranın baş müəllimi Nərmin Əzizova tərəfindən keçirilib. Təlim zamanı hər bir metodun təsviri, üstün cəhətləri barədə məlumat verilib.
İkinci təlim kafedranın müəllimi Aynur Abdullayeva tərəfindən “Ənənəvi və müasir təlim metodları” mövzusunda keçirilib. Hər bir metodun daha yaxşı başa düşülməsi üçün təlimdə onların real tətbiqinə yer verilib.

Xəbərlər