Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-də institusional akkreditasiyaya hazırlıqla bağlı görüş keçirilib

19 fevral 2024-cü il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında rektor Fuad Hacıyevin inzibati heyətlə görüşü keçirilib. Görüşdə "Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları"nın tələblərinə əsasən daxili qiymətləndirmənin aparılması, zəruri sənədlərin toplanması və istiqamətlər üzrə özünütəhlil hesabatlarının yazılması məsələləri müzakirə olunub.  
Qeyd edək ki, Akademiya rəhbərliyi keyfiyyət təminatı sisteminin bütün mərhələlərində mütəmadi olaraq iştirak edir və bununla da bütün işçilərə birbaşa təsir göstərən ortaq dəyər və normaların formalaşdırdığı idarəetmə yanaşması olan keyfiyyət mədəniyyətini daim dəstəkləyir.

Xəbərlər