Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

SABAH qrupu tələbələrinə “İdmanda nutrisiologiya” mövzusunda seminar keçirilib

ASAPES SABAH qruplarının müəllimi, Milli İdman Tibb və Reabilitasiya İnstitutunun (MİTRİ) uzman diyetoloqu Əfruz Namazova “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisasında təhsil alan SABAH qrupu tələbələrinə “İdmanda nutrisiologiya” mövzusunda seminar keçib.

Seminarda tələbələrə idman nutrisiologiyasına aid yeni trendlər, idmançıların sağlam qidalanma mexanizmləri, onların qida seçiminin motivləri və qidalanma sistemləri, rasional insan qidalanması strategiyaları və idmançıların sağlamlığı ilə bağlı problemlərinin həlli yolları haqqında məlumat verilib.

#ASAPES #İdmanAkademiyası

Xəbərlər