Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES tələbələri arasında şahmat turniri keçirilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdmanın oyun növləri” kafedrası və ASAPES-in Həmkarlar Təşkilatı Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş ümumi kurs tələbələri arasında şahmat turniri təşkil edib. Şahmatın rapid növündə İsveçrə sistemi üzrə keçirilən yarış 7 turdan ibarət olub.

45 qeyri-ixtisasçı tələbənin iştirak etdiyi mübarizədə 7 oyundan 7 xal toplayaraq 111A9 qrupunun tələbəsi Rüfət Səlimli yarışın qalibi olub. 2-ci yerə 6 xalla Hacıməmməd Məmmədov (211A12), 3-cü yerə isə 5.5 xalla Ənvər Babayev (211R1) layiq görülüb.

Sonda turnirin baş hakimi Lütfiyar Rüstəmov və hakim heyəti, həmçinin bütün turnir iştirakçıları sertifikat ilə təltif olunublar.

#ASAPES #İdmanAkademiyası #Şahmat

Xəbərlər