Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Magistrantlarımız Rusiya Federasiyasının Soçi şəhərində tədris prosesinə başlayıb

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti) ilə ikili diplom proqramı çərçivəsində tədrisi rus dilində aparılan “İdman menecmenti” magistr proqramının II tədris ili magistrantları Soçi şəhərində üç fənn üzrə tədris prosesinə cəlb olunublar.

Dekabrın 11-i Soçi şəhərində tədris proqramının açılışı ilə əlaqədar təşkil olunan tədbirdə Rusiya Beynəlxalq Olimpiya Universitetinin prorektoru Peşin Nikolay Leonidoviç və pedaqoji elmlər doktoru, professor Melnikova Natalya çıxış edərək tələbələrə uğurlar arzulayıblar.

Dekabrın 22-dək davam edəcək proqram çərçivəsində magistrantlara “İdman maliyyəsi”, “İdman menecmenti” və “İdmanda davamlı inkişaf” fənləri tədris ediləcək.

#ASAPES #İdmanAkademiyası #Master #Magistratura #Students #Tələbələr #MGİMO #İdmanMenecmenti #SportManagement

Xəbərlər