Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Tələbələrimiz Göygöl şəhərində “Gənclərin Vikipediya düşərgəsi”ndə iştirak ediblər

08-10 dekabr 2023-cü il tarixlərində Göygöl Olimpiya İdman Kompleksində “Azərbaycan Vikimediaçıları” istifadəçi qrupu ilə birgə “Gənc vikipediyaçıların qış düşərgəsi” keçirilib. Tələbə və könüllülərlə iş şöbəsinin təşəbbüsü ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Kütləvi-tətbiqi idman” fakültəsinin “Atletika” ixtisasının 110A11 qrupunun tələbələri Qurbanov İsmayıl və İslamov İsmayıl, “Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq” fakültəsinin “Bədən tərbiyəsi və idman” ixtisasının M3222A1 qrupunun magistr tələbəsi Zeynalova Hökümə düşərgədə iştirak ediblər.

Düşərgə müddətində tələbələr “Bakı marafonu”, “Azərbaycanda idman qurğuları” və “Fərman Rəhimov” adlı məqalələr yazıb, idman və gənclər mövzularında Vikipediyada müxtəlif əsaslı redaktələr edərək öz töhfələrini veriblər. Tələbələrin məqalələri xüsusi təyin edilmiş komissiya tərəfindən qiymətləndirilib və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Düşərgənin keçirilməsində məqsəd Azərbaycanda Vikimedia hərəkatının gücləndirilməsi, fəal istifadəçilər arasında sıx əlaqələrin və əməkdaşlığın qurulması, yeni gənclərin cəlb edilməsi, istifadəçilərin bacarıqlarını təkmilləşdirmək, yeni məqalələr yaratmaqla Azərbaycan dilində vikiməzmunu artırmaqdır.

Sonda tələbələrə Azərbaycan Respublikasının gənclər və idman naziri cənab Fərid Qayıbov tərəfindən imzalanmış sertifikatlar təqdim edilib. Sertifikatı nazirliyin sektor müdiri Kənan Kərimov təqdim edib.

#ASAPES #İdmanAkademiyası #Students #Tələbələr #Master #Magistratura #StudentLife

Xəbərlər