Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-də Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ulu öndər Heydər Əliyevin 20-ci il dönümü ilə bağlı Akademiyanın professor-müəllim heyəti, inzibati işçiləri və tələbərinin iştirakı ilə tədbir keçirilib.

Azərbaycan Dövlət Himninin səslənməsi ilə açıq elan edilən tədbirdə dahi şəxsiyyət, görkəmli siyasi xadim Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra ulu öndərin Azərbaycan xalqının yaddaşındakı yerindən, onun ölkə tarixində, ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlərindən danışılan film nümayiş olunub.

#ASAPES #İdmanAkademiyası #HeydərƏliyev #AnımGünü

Xəbərlər