Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Əcnəbi mütəxəssislərin magistrantlarımızla olan dərsləri davam edir

Magistratura təhsil səviyyəsi üzrə tədrisi ingilis dilində aparılan “İdman tibbi və reabilitasiya” ixtisaslaşmasının I tədris ili üzrə tədrisinə cəlb olunmuş Səhiyyə Peşəkarları Şurası ilə qeydiyyata alınmış praktik psixoloqu, İdman Performansı Bülleteninin Rəyasət Heyətinin, Britaniya İdman və Məşq Elmləri Assosiasiyasının üzvü, Vulverhempton Universitetinin İdman Psixologiyası üzrə professoru Endryu Leyn (Andrew Lane) Bakıdadır.

Magistrantlara “Psixologiya” modulunu tədris edən professor tələbələrə idman psixologiyası, psixoloji hallar, emosional vəziyyətlər, özünəinam və digər mövzularda ətraflı məlumat verərək, suallar üzərində geniş müzakirələr aparıb.

#ASAPES #İdmanAkademiyası #Master #SportRehabilitation #İdmanReabilitasiyası #SportMedicine #Sport #İdman

Xəbərlər