Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-də “İlk yardım” mövzusunda təlim keçirilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Elmi-tədris laboratoriyasında 27 oktyabr 2023-cü il tarixində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) əməkdaşları üçün “İlk yardım” mövzusunda 1 günlük təlim keçirilib.

Nəzəri və təcrübi hissədən ibarət olan təlimdə federasiyanın 16 məşqçisi iştirak edib. Təlim zamanı iştirakçılar ilk yardım konsepsiyası ilə tanış olaraq, ürək-damar və dayaq-hərəkət sistemləri, zədələnmənin növündən və ağırlığından asılı olaraq ilk yardımın müxtəlif üsulları, zərərçəkmişlərin immobilizasiyası və daşınması üzrə ətraflı məlumat alıblar.

#ASAPES #İdmanAkademiyası #Lab #ilktibbiyardım #AFFA #teacher #müəllim #məşqçi #idman #sport

Xəbərlər