Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-in dekanı Qədir Əzizov Çexiyada seminara qatılıb

18-22 Oktyabr 2023-cü il tarixlərində ASAPES-in "İdman tibbi və menecmenti" fakültəsinin dekanı Qədir Əzizov Çexiya Respublikasının Praqa şəhərinə səfər edib. Səfər çərçivəsində o, "Complex Core" şirkətinin rəhbəri Roman Yahoda tərəfindən təşkil olunan buzüstü xokkey məşqçiləri (Vlasim şəhəri), Karlov Universitetinin tələbələri və Barna Tibb Mərkəzinin həkimləri və fizioterapistləri üçün nəzərdə tutulan seminarlarda iştirak edib. Eyni zamanda o, "Body Therapist" özəl tibb mərkəzində olub, aktual mövzular ətrafında müzakirələr aparıb.

#ASAPES #İdmanAkademiyası

Xəbərlər