Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Tələbəmiz Gövhər Beydullayeva Sardiniyada dünya çempionu oldu!

İtaliyanın Sardiniya adasında 20 yaşa qədər şahmatçılar arasında keçirilən rapid üzrə dünya çempionatında ölkəmizi təmsil edən ASAPES-in IV kurs tələbəsi Gövhər Beydullayeva çempionatda tarixi uğura imza atıb. Qrosmeysterimiz, 11 oyundan 9 xal toplayaraq yarışmanı birinci pillədə başa vurub.

Xatırladaq ki, tələbəmiz keçən il də gənclər arasında keçirilən dünya çempionatının qalibi olmuşdu.

Tələbəmizi təbrik edir, ona yeni uğurlar arzulayırıq!

#ASAPES #İdmanAkademiyası #Şahmat #Sport #Tələbə #İdman #Student

Xəbərlər