Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-də üzgüçülük sahəsi üzrə potensial iş yerləri ilə bağlı infosessiya keçirilib

Oktyabrın 12-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Karyera mərkəzi və “ProFit Swimming School” üzgüçülük məktəbinin təşkilatçılığı ilə məlumat sessiyası keçirilib.

Görüş “Kütləvi və tədbiqi idman növləri” kafedrasının üzgüçülük ixtisası üzrə professor-müəllim və tələbə heyətinin, həmçinin Akademiyanın 4-cü kurs tələbələri - gələcək məzunların iştirakı ilə baş tutub.

“ProFit Swimming School” üzgüçülük məktəbinin təsisçiləri və təcrübəli mütəxəssisləri iştirakçılara məktəbin metodologiyası, əhəmiyyəti və gələcək üçün müxtəlif perspektivlərindən bəhs ediblər.

Məlumat sessiyası zamanı mütəxəssislər işə qeyri-ənənəvi yanaşma və innovativ düşüncə metodikası, oyun elementlərinin istifadəsi ilə məşqin qurulması və məzunlar üçün potensial iş yerləri haqqında məlumat verərək, namizədlərin suallarını cavablandırıblar.

#ASAPES #İdmanAkademiyası #Üzgüçülük #Swimming #KaryeraMərkəzi #ASAPESkaryera

Xəbərlər