Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES tələbələri Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Tələbə və könüllülərlə iş şöbəsinin təşkilatçılığı ilə ASAPES tələbələri I Fəxri xiyabanda müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi, Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Ziyarət 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə təşkil edilib.

#ASAPES #İdmanAkademiyası #Tələbələr #Students #HeydərƏliyev100 #HaydarAliyev100

Xəbərlər