Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES tələbələri II Fəxri Xiyabanı ziyarət ediblər

Tələbə və könüllülərlə iş şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bir qrup tələbəsi 27 Sentyabr - Anım Günü ilə bağlı II Fəxri Xiyabanda olub. Ziyarət zamanı 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi yad edilib, şəhidlərimiz haqqında tələbələrə ətraflı məlumat verilib. Akademiyanın tələbələri qəhrəmanlarımızın məzarları üzərinə gül dəstələri düzərək onların yaxınlarına səbir diləyiblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

#ASAPES #İdmanAkademiyası #27sentyabranımgünü #27sentyabr2020

Xəbərlər