Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-də Belqrad Universitetinin professoru Aleksandar Nedelykoviçin növbəti təlimi keçirilib

16-17 sentyabr tarixlərində Serbiyanın Belqrad Universitetinin doktorantura proqramının rəhbəri, professor Aleksandar Nedelykoviçin iştirakı ilə Akademiyanın professor-müəllim heyəti üçün nəzərdə tutulmuş “İdman və məşq zamanı hərəkət biomexanikası” mövzusunda 2 günlük təlim keçirilib.

“İdman və məşq zamanı hərəkət biomexanikası” təlimində insan hərəkətinin biomexanikası sahəsində fiziki hərəkətlərin texnikasının, hərəkətlərin baş vermə səbəblərinin, icra olunma üsulları və effektivliyinin öyrənilməsi ilə yanaşı, problemlərin müstəqil həllində biomexaniki cihazlar, metod və prosedurların uyğun şəkildə tətbiq edilməsi barədə məlumatlar verilib.

#ASAPES #İdmanAkademiyası

Xəbərlər