Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES və MGİMO-nun "İdman menecmenti" magistr proqramının tələbələri ilə görüş keçirilib

Sentyabrın 18-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti) (MGİMO) arasında ikili diplom proqram çərçivəsində kadr hazırlığı rus dilində aparılan “İdman menecmenti” magistr proqramına yeni qəbul olunmuş tələbələrlə görüş keçirilib.

Görüşdə Akademiyanın prorektor Təhminə Tağı-zadə, Rusiya Beynəlxalq Olimpiya Universitetinin elmi işlər üzrə prorektoru, Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin İnzibati hüquq kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, dosent Nikolay Peşin, Biznes və Beynəlxalq səriştələr məktəbinin direktoru, MGİMO tərəfindən əməkdaşlığın əlaqələndiricisi Mirzoyeva Anjelika və magistrantlar iştirak ediblər.

Akademiyanın prorektoru Təhminə Tağı-zadə açılış nitqi ilə çıxış edərək ikili diplom proqramı haqqında ətraflı məlumat verib və idman menecmentinin inkişafındakı rolundan danışaraq, yeni tədris ilinə başlayan tələbələrə uğurlar arzulayıb, Rusiya Beynəlxalq Olimpiya Universitetinin elmi işlər üzrə prorektoru, Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin İnzibati hüquq kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, dosent Nikolay Peşin, Biznes və Beynəlxalq səriştələr məktəbinin direktoru, MGİMO tərəfindən əməkdaşlığın əlaqələndiricisi Mirzoyeva Anjelika Malikovna da tələbələr qarşısında məruzə edərək tələbələr üçün yaradılmış imkanlar, gələcək perspektivlər haqqında tələbələrə öz arzularını çatdırıblar.

Tədbirin sonunda Akademiyanın prorektoru Təhminə Tağı-zadə və Hüquq üzrə elmlər doktoru, dosent Nikolay Peşin tələbələrə ASAPES və MGİMO-nun tələbə biletlərini təqdim ediblər.

#ASAPES #İdmanAkademiyası #MGİMO #Master #Magistratura

Xəbərlər