Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-in məzunu III Avropa Oyunlarında fotojurnalist qismində iştirak edib

İyunun 21-də başlayan 12 günlük Krakov-2023 həyəcanı başa çatdı. “Köhnə qitə”nin diqqət mərkəzində olan III Avropa Oyunlarıda 48 ölkədən ümumilikdə 7000-ə yaxın idmançı mübarizə apardı.

Polşaya 101 idmançı ilə yollanan Azərbaycan nümayəndə heyəti yekunda 11 medal qazandı ki, bunların da 3-ü qızıl, 2-si gümüş, 6-sı isə bürünc əyarlıdır. Bu nəticə ilə ölkəmiz ümumi komanda hesabında 24-cü yeri tutdu.

İdmançılarımızla yanaşı, bu mötəbər turnirə ölkəmizin müxtəlif media orqanlarının 26 nümayəndəsi də yollanmışdı. Sevindirici haldır ki, ASAPES-də tədrisi ingilis dilində aparılan “İdman jurnalistikası” magistr proqramının məzunu, həmçinin ASAPES-in əməkdaşı Rüfət Abdullayev də Avropa Oyunlarında fotojurnalist kimi iş başında olub. O, kamandan oxatma, qılıncoynatma, badminton və cüdo yarışlarında media nümayəndəsi kimi ölkəmizi təmsil edib.

#ASAPES #İdmanAkademiyası #SportJournalism #İdmanJurnalistikası

Xəbərlər