Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Koventri Universitetinin proqram direktoru ASAPES tələbələrinin biliklərini qiymətləndirib

Löven Katolik Universitetinin (The Catholic University of Leuven or Louvain) “İdman menecmenti” ixtisası üzrə fəlsəfə doktoru, Koventri Universitetində “İdman menecmenti” ixtisasının proqram direktoru dosent Saymon Kuentin Cerard (Simon Quentin Gerard) Bakıda səfərdədir.

Səfər proqramı çərçivəsində qonaq “İdman idarəçiliyi və Olimpiya hərəkatı” fənni üzrə ASAPES-də tədrisi ingilis dilində aparılan “İdman menecmenti” magistr ixtisasının I tədris ili tələbələrinin biliklərini qiymətləndirib. Bundan başqa, əcnəbi mütəxəssis tələbələrlə strateji planlaşdırma və qərar qəbul edərkən müxtəlif yanaşmalar haqqında real nümunələr əsasında geniş müzakirələr də aparıb.

#ASAPES #İdmanAkademiyası #Master #Magistratura #SportManagement #İdmanMenecmenti

Xəbərlər