Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-də magistrlik dissertasiyalarının müdafiəsi keçirilir

ASAPES-də magistratura təhsil səviyyəsi üzrə tədrisi Azərbaycan və rus dillərində aparılan “Bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat”, “Fiziki tərbiyə nəzəriyyəsi və metodikası” və “İdman məşqinin nəzəriyyəsi və metodikası” ixtisaslaşmalar üzrə təhsil alan II tədris ili tələbələrinin magistrlik dissertasiyalarının müdafiəsi keçirilir.

İyunun 16-dan etibarən başlanılan dissertasiyaların müdafiəsi video və fotoçəkiliş aparılmaqla təsdiq olunmuş qrafikə uyğun təşkil edilir. Magistrantlar apardıqları tədqiqatlar üzrə təqdimatlarla çıxış edir, verilən sualları ətraflı cavablandırırlar.

Hazırda magistrantların magistrlik dissertasiyalarının müdafiəsi uğurla davam edir. Müdafiə prosesində magistrantlarımıza uğurlar arzulayırıq!

#ASAPES #İdmanAkademiyası #Master #Magistratura

Xəbərlər