Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Britaniyalı mütəxəssislər ASAPES-də düzgün qidalanmanın əhəmiyyəti və tibbdə biopsixososial model mövzusunda seminar keçirib

İyunun 17-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Zədə almış idmançı üçün düzgün qidalanmanın əhəmiyyəti” və “Tibbdə biopsixososial model və onun tətbiqi” mövzusunda seminar keçirilib.

Həkimlər, nutrisioloqlar və reabilitoloqlar üçün nəzərdə tutulan seminar Böyük Britaniyanın Liverpul Con Mur Universitetinin bədən tərbiyəsi və nutrisiologiya üzrə fəlsəfə doktoru, “Mançester Yunayted” və “Suonsi Siti” Futbol Klublarının, eləcə də Liverpul Hariyers və Con Mur Universitetlərinin atletika klublarının, Reqbi Super Liqasının fiziologiya və qidalanma üzrə məsləhətçisi Ceymi Pyu və London Kral Kollecinin fizioterapiya üzrə fəlsəfə doktoru, Kraliça Mariya Universitetinin idman və müalicəvi bədən tərbiyəsi üzrə fəxri müəllimi, Northempton Universitetinin fizioterapiya üzrə baş müəllimi Paulina Kloskovska tərəfindən aparılıb.

Seminarın sonunda iştirakçılarla fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

#ASAPES #İdmanAkademiyası #Lab

Xəbərlər