Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Roman Yahoda “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisasının tələbələri üçün seminar keçib

İyunun 14-də Avstriyanın “ComplexCore+” təşkilatının icraçı direktoru, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Bədən tərbiyəsi və idmanda reabilitasiya” bakalavr ixtisasının direktoru Roman Yahodanın rəhbərliyi altında Akademiyada növbəti seminar keçirilib.

Bakalavriat səviyyəsinin “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası üzrə təhsil alan IV tədris ilinin tələbələri üçün təşkil olunan seminar “Trigger nöqtə terapiyası”, “Manual terapiya” və “İdman masajı” mövzularına həsr edilib.

#ASAPES #İdmanAkademiyası #ComplexCore

Xəbərlər