Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-də “MEDİAlab” layihəsi çərçivəsində tələbələr üçün seminar keçirilib

Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə gənclərin media sahəsində fəal iştirakına şərait yaratmaq, onların yaradıcı-innovativ potensialını stimullaşdırmaq, xarici təcrübəyə əsaslanan nəzəri biliklərini artırmaq və yerli mediada tətbiqini reallaşdırmaq, bu istiqamətdə təcrübə mübadiləsini həyata keçirmək məqsədilə “MEDİAlab” layihəsi çərçivəsində növbəti seminar keçirilib.

4 ali təhsil müəssisəsinin - Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) tərəfdaşlığı ilə həyata keçirilən “MEDİAlab” layihəsi çərçivəsində jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclər üçün təşkil olunan seminarın budəfəki mövzusu “Media ilə əlaqədar alətlərdən istifadə qaydaları - kamera, montaj alətləri” olub.

Seminar zamanı təlimçilər - “Real” televiziyasının montaj rejissoru Qafar Məhərrəmov və “Xəzər” televiziyasının baş operatoru Vüqar Quliyev tərəfindən tələbələrə müasir texniki alətlər və onlardan istifadə qaydaları, eləcə də montaj mövzusunda vörkşop keçirilib.

Sonda interaktiv müzakirə sessiyaları olub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

#ASAPES #İdmanAkademiyası #MediaLab #MultimediaMərkəzi

Xəbərlər