Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Təhminə Tağı-zadə SABAH qruplarının tələbələri ilə görüşüb

ASAPES-in Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Təhminə Tağı-zadə “Bədən tərbiyəsi və idmanda reabilitasiya” və “Məşqçilik” ixtisasları üzrə SABAH qruplarının tələbələri ilə görüşüb.

Görüş zamanı ASAPES-in universitetlərarası əməkdaşlıqları, mübadilə və magistratura proqramları, tələbələr üçün qış və yay məktəbləri, eləcə də bir sıra digər vacib məsələlər müzakirə olunub.

Təhminə Tağı-zadə mükəmməl təhsil almaqla yanaşı, tələbələrin ADBTİA-nın ictimai həyatında daha fəal iştirak etməli olduqlarını bildirib, onların akademik və sosial fəaliyyətlərinin önəmli olduğunu vurğulayıb.

Prorektor həmçinin tələbələrə magistratura təhsili almağı da tövsiyə edib və bunun gələcək planlar içərisində ən önəmli yer tutmasının vacibliyini vurğulayıb.

#ASAPES #İdmanAkademiyası #ASAPESABAH #Students #Tələbələr

Xəbərlər