Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-də yaz semestrinin imtahan sessiyası keçirilir

İyunun 1-dən etibarən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbələrin akademik nəticələrinin qiymətləndirilməsi üzrə yaz imtahanları start götürüb.

Hər il olduğu kimi, bu il də test üsulu ilə aparılan imtahan sessiyasının təşkilinə və gedişinə nəzarəti həyata keçirmək, ortaya çıxa biləcək problemləri yerindəcə operativ həll etmək məqsədilə Akademiyada İmtahan Qərargahı yaradılıb.

Sessiyada iştirak edən bütün tələbələrimizə uğurlar arzulayırıq!

#ASAPES #İdmanAkademiyası #İmtahan #Exam #Student #Tələbələr

Xəbərlər