Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES tələbəsinin kitab təqdimatı olub

Mayın 24-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi Əlihadi (Desselb) Xaneqahinin ingilis dilində özünü inkişaf janrında yazılmış "Book NOT About Success" adlı kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Akademiyanın elmi katibi professor Bəxtiyar Rüstəmov iştirakçılara kitab haqqında məlumat verib və müəllifə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonra Ümummilli lider Heydər Əliyevin idman və mədəniyyət mövzusunda fikirlərinin əks olunduğu videoçarx nümayiş etdirilib.

Tələbə-müəllif Əlihadi (Desselb) Xaneqahi təqdimat mərasiminə gələn qonaqlara təşəkkür edib. Tədbirdə həmçinin tələbənin həyat hekayəsinə həsr olunmuş videoçarx da nümayiş olunub.

Olimpiya çempionu, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahətdinova öz çıxışında gənc müəllifin əməyini yüksək qiymətləndirib və ona bu istiqamətdə fəaliyyətini davam etdirməyi tövsiyə edib.

Tədbirlə bağlı öz təəssüratlarını bölüşən qonaqlardan biri də "re:Azerbaijan" layihəsinin yaradıcısı Adnan Hüseyn olub. O, Azərbaycanda bu cür yaradıcı gənclərə lazımi dəstək verilməsinin önəmini vurğulayaraq müəllifə gələcək həyatında uğurlar arzulayıb.

Sonda məhdud sayda kitab müəllif tərəfindən imzalanaraq qonaqlara təqdim olunub və xatirə şəkli çəkdirilib.

#ASAPES #İdmanAkademiyası

Xəbərlər