Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-də UEFA-nın "C" kateqoriyalı məşqçilik kursunun növbəti təlimləri sona çatıb

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasındakı əməkdaşlıq çərçivəsində bakalavr səviyyəsinin “Məşqçilik” (futbol) ixtisası üzrə 4-cü kurs tələbələri və məzunları üçün UEFA-nın “C” kateqoriyalı məşqçilik kursunun 3-cü qrup üzrə təlimləri sona çatıb. Kursu uğurla bitirən iştirakçılara mayın 24-də “C” kateqoriya sertifikatı və lisenziyalar təqdim olunub.

Qeyd edək ki, hər il təşkil olunan kursun əsas məqsədi peşə hazırlığının formalaşmasını təmin etmək, ixtisasçıları gələcək peşə sahəsi ilə yaxından tanış etmək və uşaq futbolunda lisenziyalı məşqçilərin fəaliyyətinə zəmin yaratmaqdır.

#ASAPES #İdmanAkademiyası

Xəbərlər