Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES SABAH qrupu tələbələrinə “Uğurlu karyera” təlimi keçirilib

ASAPES-də “Karyera və inkişaf” kursu çərçivəsində Karyera Mərkəzinin direktoru Elnarə Mirzoyeva tərəfindən “İdman menecmenti və kommunikasiya” ixtisasının SABAH qrupu tələbələri üçün keçirilən təlimlər başa çatıb. Təlimlərin təşkilində əsas məqsəd SABAH qrupu tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaqdır.

Təlimlərdə SABAH tələbələri karyera planlaşdırılması, özünü tanıma, tənqidi təfəkkür, ünsiyyət bacarıqları, rezüme yazılışı, iş müsahibəsinə hazırlıq, əmək bazarı və iş axtarışı, istək məktubu və digər mövzular üzrə məlumatlar əldə ediblər.

3 ay davam edən təlimlərin sonunda tələbələrə Karyera Mərkəzi tərəfindən sertifikatlar təqdim olunub.

#ASAPES #İdmanAkademiyası #ASAPESABAH

Xəbərlər