Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES tələbələri Böyük Britaniyada 2 həftəlik təcrübəyə başlayıb

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının həkim-mütəxəssislər üçün “İdman tibbi və reabilitasiya” magistr ixtisaslaşmasının tələbələrinin Böyük Britaniyada 2 həftəlik tədris-təcrübə prosesinə start verilib.

Tədris çərçivəsində tələbələrimiz üçün UCL Universitetinin (Institute of Sport, Exercise and Health) aparıcı eksperti Paulina Kloskovska tərəfindən "Baş, beyin və boyun zədələnmələri və onların reabilitasiyası" üzrə modul tədris edilib. Dərs zamanı tələbələrə baş, beyin, onurğa zədələri və onların reabilitasiyasında istifadə edilən müasir yanaşmalar, bu istiqamətdə aparılan son elmi nailiyyətlər haqqında geniş məlumat verilib. Bundan başqa, nəzəri məlumatlarla yanaşı, tələbələrin praktiki bacarıqlara yiyələnməsinə də xüsusi diqqət ayrılıb.

#ASAPES #İdmanAkademiyası #Master #SportRehabilitation

Xəbərlər