Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Magistrantlarımızın növbəti səfər ünvanı - Stok Mandevill

Böyük Britaniyada səfərdə olan "İdman menecmenti" ixtisaslaşmasının magistrantları Paralimpiya hərəkatının vətəni hesab edilən Stok Mandevilli ziyarət ediblər. Tələbələri qarşılayan Milli Paralimpiya İrsinin baş icraçı direktoru Viki Hop burada idmançılar üçün yaradılmış reabilitasiya imkanları haqqında məlumat verib və bu sahədə xüsusi əməyi olmuş şəxslər haqqında danışıb.

Tələbələr Stok Mandevill muzeyində sağlamlıq imkanları məhdud idmançıların yarışlar zamanı istifadə etdikləri müxtəlif ləvazimatlarla da tanış olublar. Trenajor zalı, üzgüçülük hovuzu və digər bölmələrdə olan magistrantlarımız daha sonra xanım Hopun təqdimatını dinləyiblər.

Sonda Paralimpiya Oyunları zamanı istifadə olunan məşəllər, medallar, paltar və digər vasitələr nümayiş etdirilib.

#ASAPES #İdmanAkademiyası #Master #SportManagement

Xəbərlər