Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Tələbələrimiz London Stadionunda və Olimpiya Parkında olublar

Təlim-tədris məqsədilə Böyük Britaniyada olan ASAPES-in tədrisi ingilis dilində aparılan "İdman menecmenti" ixtisaslaşmasının tələbələri London Stadionunda olublar. Ziyarət zamanı tələbələrə stadionun tikintisi, imkanları, orada keçirilən oyunlar, teleyayım və media nümayəndələrinin iş prinsipi ilə bağlı ətraflı məlumat verilib. Daha sonra magistrantlar stadionun paltardəyişmə və digər otaqları ilə də tanış olublar.

Tələbələrimiz həmçinin 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya və Paralimpiya Oyunları ilə əlaqədar yaradılmış parkı da ziyarət ediblər. Onlar yenidənqurma işləri aparılmış parkda yerləşən üzgüçülük, veloidman, xokkey, tennis kimi idman növlərinə aid mərkəzlər, oyunlar zamanı idmançıların yerləşdirilməsi məqsədilə ayrılmış binalar haqqında məlumat alaraq park ərazisində yaradılmış şəraitlə də tanış olublar.

Tələbələrlə söhbət zamanı park ərazisində bir-biri ilə əlaqələndirilməsi nəzərdə tutulan (UCL East, UAL's London College of Fashion, media (BBC), mədəniyyət (V&A East Museum, Sadler's Wells)) digər mərkəzlərə dair tikililərin olduğu, həmçinin tikinti işlərinə davam etdirildiyi barədə də məlumat verilib.

#ASAPES #İdmanAkademiyası #Master #SportManagement

Xəbərlər