Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-in əməkdaşı beynəlxalq proqrama tam təqaüd qazanıb

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi-tədris laboratoriyasının fiziki reabilitasiya üzrə aparıcı mütəxəssisi, “Kütləvi və tətbiqi idman növləri” kafedrasının baş müəllimi, məşqçi Hakim İbrahimov Olimpiya Həmrəyliyi Fondunun maliyyələşdirdiyi və ABŞ Olimpiya və Paralimpiya Komitəsinin həyata keçirdiyi “Məşqçiliyin təkmilləşdirilməsi üzrə beynəlxalq sertifikasiya proqramı”na tam təqaüd qazanıb.

Proqram çərçivəsində əməkdaşımız aprelin 3-dən başlayaraq 1 il müddətinə Amerikanın müxtəlif ştatlarında və İsveçrənin Lozanna şəhərində keçiriləcək təlim sessiyalarında iştirak edəcək.

Hakim müəllimə müvəffəqiyyətlər arzulayır, uğurlarının davamını diləyirik!

#ASAPES #İdmanAkademiyası #USAOlympics #USAParalympics

Xəbərlər