Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Ceyms Takerin ASAPES-də tədris prosesi davam edir

"Real World Academies"in təsisçisi və Birləşmiş Ərəb Əmirliklərinin “Pro Liqa”sının təhsil məsləhətçisi, Qrinviç Universitetinin doktorantı, İngiltərə Premyer Liqası, İspaniya La Liqası, Oman Milli Futbol Assosiasiyası, müxtəlif səviyyəli peşəkar futbol klubları, “Pirson Təhsil” (Pearson Education), Dünya Bankı və beynəlxalq məktəblərdə məsləhətçi və idarəçi kimi çalışmış, Avropa, Orta Şərq və Şimalı Amerikada keyfiyyət və tədris proqramı üzrə geniş təcrübəyə malik Ceyms Taker (James Tucker) Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistratura təhsil səviyyəsində tədrisi ingilis dilində aparılan “İdman jurnalistikası” proqramının I tədris ili magistrantlarına “Rəqəmsal media bacarıqları” fənnini də tədris edib.

Multimedia mərkəzində keçirilən tədris prosesi zamanı Ceyms Taker jurnalistlər üçün kibertəhlükəsizlik, müsahibə texnikaları və onların praktiki tətbiqi, videorəqəmsallaşdırma mövzularında tələbələrə mühazirələr oxuyub, keçirilən mövzular əsasında tələbələrlə müzakirələr aparıb. Bundan başqa, mütəxəssis özünün beynəlxalq təcrübəsini də magistrantlarla bölüşüb.

Xatırladaq ki, Ceyms Taker bunadək “İdman jurnalistikası” proqramının I tədris ili magistrantlarına “İdman marketinqi və PR (İctimaiyyətlə əlaqələr)” fənnini tədris edib.

#ASAPES #İdmanAkademiyası #SportJournalism #İdmanJurnalistikası #Master #Magistratura #Lesson #Dərs

Xəbərlər