Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

“Avropa İttifaqı ölkələrində könüllülük imkanları” mövzusunda seminar keçirilib

Martın 30-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) Karyera mərkəzinin təşkilatçılığı ilə Avropa Həmrəylik Korpusu könüllülük proqramının iştirakçısı, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universitetinin “Təhsil və insan inkişafı” ixtisasının magistr tələbəsi Nigar Altayzadənin təqdimatında “Avropa İttifaqı ölkələrində könüllülük imkanları” mövzusunda seminar keçirilib.

Nigar Altayzadə xaricdə beynəlxalq təcrübə qazanmağın üstünlüklərindən və İdman Akademiyasının tələbələri üçün mövcud imkanlardan danışıb. O qeyd edib ki, bu proqram özünü kəşf etmək, nə istədiyini dəqiqləşdirmək və ya yeni məqsədlər təyin etmək üçün əla fürsətdir.

Bundan başqa, qonaq beynəlxalq könüllülük layihələrini tapmağın yolları, müraciət qaydaları və lazım olan sənədlər barədə də şəxsi təcrübəsini iştirakçılarla bölüşüb.

Tədbirin sonunda Nigar Altayzadə proqramla bağlı gəncləri maraqlandıran sualları cavablandırıb.

#ASAPES #İdmanAkademiyası #KaryeraMərkəzi #Student #Tələbə #Təhsil #Education

Xəbərlər