Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Əsrin faciəsi Xocalı soyqırımından 31 il ötür

Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Akademiyanın professor-müəllim və tələbə heyətinə Xocalı soyqırımı haqqında məlumat verildikdən sonra “Xocalı soyqırımı - tarixi faktlar tarixin izi ilə” adlı sənədli film nümayiş olunub.

Tədbir zamanı ASAPES-in rektoru Fuad Hacıyev Xocalı faciəsi ilə bağlı Akademiyanın SABAH tələbələri ilə fikir mübadiləsi aparıb, onların suallarını cavablandırıb.

Anım tədbiri çərçivəsində Akademiyanın professor-müəllim heyəti Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini də ziyarət ediblər.

#ASAPES #İdmanAkademiyası #Xocalı #Khojali

Xəbərlər