Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES tələbələri Memorial Soyqırım Muzeyini ziyarət ediblər

Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı tədbirlər çərçivəsində Elmi innovasiyalar mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Məşqçilik-1” fakültəsinin bir qrup tələbəsi Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətlərin geniş kütləyə çatdırılmasına və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən Memorial Soyqırım Muzeyində olub.

Ziyarət zamanı tələbələrə soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və azərbaycanlı müəlliflərin kitablarından ibarət zəngin kitab fondu, müxtəlif eksponatlar haqqında məlumat verilib.
Tədbirin təşkilində əsas məqsəd ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilən vəhşiliklərin unudulmaması, tələbələrdə vətənpərvərlik hissinin yüksəldilməsi və azərbaycançılıq prinsiplərinin aşılanmasıdır.

#ASAPES #İdmanAkademiyası #Xocalı #Khojali #Tələbələr #Students

Xəbərlər