Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-də UEFA-nın “C” kateqoriyalı məşqçilik kursuna start verilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında əməkdaşlıq çərçivəsində 2022-2023-cü tədris ili bakalavr səviyyəsinin “Məşqçilik” (futbol) ixtisası üzrə IV kurs tələbələri və məzunlar üçün UEFA-nın “C” kateqoriyalı məşqçilik kursuna start verilib. Fevralın 14-də başlayan tədris prosesi 45 gün davam edəcək.

Kursun əsas məqsədi peşə hazırlığının formalaşmasını təmin etmək, ixtisasçıları gələcək peşə sahəsi ilə yaxından tanış etmək və uşaq futbolunda lisenziyalı məşqçilərin fəaliyyətinə zəmin yaratmaqdır.

#ASAPES #İdmanAkademiyası #İdman #Sport #training #Kurs #futbol #football

Xəbərlər