Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Tələbəmiz qış düşərgəsinin qalibi olub

ASAPES SABAH qrupu “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisasının tələbəsi Sevinc Cəbizadə Azərbaycan Gənclər Fondu və Dövlət Məşğulluq Agentliyinin dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Gənclərin Məşğulluq Məktəbi” qış düşərgəsində iştirak edib. Sevindirici haldır ki, tələbəmiz düşərgədə iştirak arzusunda olan 1000-dən artıq müraciətçi içərisindən seçilmiş 120 nəfərlik siyahıda yer alıb.

2023-cü ilin "Gənclər paytaxtı" seçilmiş Mingəçevir şəhərində təşkil olunan və fevralın 6-dan 10-dək davam edən “Gənclərin Məşğulluq Məktəbi” qış düşərgəsində karyera planlaması istiqamətində səyyar konsultasiya xidməti, əmək bazarının tələbləri barədə maarifləndirici görüşlər, TEDx formatında çıxışlar, əyləncəli enercayzerlər, maraqlı və faydalı təlimlər həyata keçirilib.

Sevinc Cəbizadə qış düşərgəsində “Peşəkarlar” komandasının tərkibində qalib olaraq sertifikatla təltif edilib. Tələbəmizi təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq!

#ASAPES #İdmanAkademiyası #Tələbə #Student #ASAPESSABAH #SABAH

Xəbərlər