Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Tələbələrimiz Azərbaycan çempionatında uğurla çıxış ediblər

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) tələbələri trek velosipedi üzrə Azərbaycan çempionatında uğurla çıxış ediblər. Belə ki, qadınlar arasında Ayan Xankişiyeva, Viktoriya Sidorenko və Lalə Əbdürəhmanova 48 dairədən ibarət qrup ötüşməsi, GİT-500 metr, çıxmaqla qrup ötüşməsi, həmçinin 7,5 km məsafəyə skretç növündə fəxri kürsünün müvafiq olaraq 1, 2 və 3-cü pillələrində qərarlaşıblar. Bundan başqa, Viktoriya Sidorenko 2 km məsafəyə fərdi ötüşmə və sprint növlərində çempionluq sevinci yaşayıb.

Kişilər arasında isə Yusif İsmayılov sprint və 3 km məsafəyə fərdi ötüşmə növlərində gümüş medal əldə edib.

İdmançılarımızı təbrik edir, onlara 9-18 avqust tarixlərindəTürkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında uğurlar arzulayırıq.

Xəbərlər