Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Cüdo federasiyasından olan qadın idmançılar müxtəlif testlərdən keçiblər

İyunun 29-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Elmi-Tədris Laboratoriyasında Azərbaycan Cüdo Federasiyasının qadın idmançıları aşağıda qeyd olunan tibbi və fiziki testlərdən keçiriliblər:

-Həkim müayinəsi

- Əzələ fəaliyyətinin qiymətləndirilməsi (Muscle Function)

- Bədənin xüsusi tərkibinin ölçülməsi (Body composition measurement)

- Sabitliyin (tarazlıq saxlama qabiliyyəti) ölçülməsi (Stabilometry)

- Fiziki gərginlik zamanı ürək-ağciyər sisteminin müayinəsi (Cpet)

- 3-D antropometriya

- Psixoloji test.

Proqram hər idmançı üçün fərdi olaraq Böyük Britaniyanın klinik protokollarından (Institute of Sport Exercise and Health, University College London) və ComplexCore+ fiziki hərəkətlər kompleksindən istifadə edilməklə tərtib olunub.

Qeyd edək ki, testlər ComplexCore+ şirkətinin Baş əməliyyat və Baş maliyyə direktoru Taro Netzer və Elmi-tədris laboratoriyasının mütəxəssisləri tərəfindən həyata keçirilib.

Testlərdən müvəffəqiyyətlə keçən idmançılara uğurlar arzulayırıq!

 

Xəbərlər